Azərbaycan Xalça Muzeyi Avropanın ən yaxşı muzeyi ola bilər


Digərləri 29 Dek 2017 14:00:00 262 0

Azərbaycan Xalça Muzeyi Avropanın ən yaxşı muzeyi ola bilər

"Bu il Azərbaycan Xalça Muzeyi "Avropanın ən yaxşı muzeyi" nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir "Şamaxı xalçası" xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyiə gətirilib.

Ş.Məlikova deyib ki, hərracdan əvvəl Fransada şəxsi kolleksiyada saxlanılan "Şamaxı" xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır: