Ronaldo: "Juventus"un mənə maraq göstərməsindən sevinmişdim"


İdman 29 Dek 2017 13:32:00 322 0

Ronaldo: "Juventus"un mənə maraq göstərməsindən sevinmişdim"

"Real"ın hücumçusu Kriştianu Ronaldo 2003-cü ildə karyerası ilə bağlı etdiyi seçimdən danışıb. Goal.a xəbər verir ki, portuqaliyalı ulduz "Sky Sports"a açıqlamasında bunları deyib:

"Mənim 17 yaşım olanda, "Sporting"də oynadığım vaxt bir çox klubların maraq dairəsində idim. Agentim Jorje Mendeş mənə həmişə düzgün məsləhətlər verirdi. Xatırlayıram ki, "Juventus"un mənə maraq göstərməsindən sevinmişdim.

Həmin vaxt "Real", "Manchester United" və başqa klublardan təklif vardı.Ən yaxşısı "United"dən gəlmişdi. Premyer Liqada oynamaq arzum həyata keçmişdi. Karyeramı İtaliyada yox, İngiltərədə davam etdirməyə üstünlük verdim. Ferqyusson və Mendeş mənə çox köməklik etdi".