Bakıda bank işçisi müştərinin 425 min dollarını oğurladı


Digərləri 29 Dek 2017 13:22:00 202 0

Bakıda bank işçisi müştərinin 425 min dollarını oğurladı

Bakıda bankdan əmanətçinin külli miqdarda pulu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb oğurlayan bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.