Ayağı sınan Namiq: "Dəhşətli hadisə idi"


Şou-biznes 29 Dek 2017 12:46:00 330 0

Ayağı sınan Namiq: "Dəhşətli hadisə idi"

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlu ayağından əməliyyat olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, bir çoxları onun səhhəti ilə bağlı halını şişirtdiyini iddia edir.

Qaraçuxurlu əməkdaşımızla söhbətindən hadisənin necə baş verməsindən danışıb:

"Əslində nələrisə qurdalayan biri deyiləm. Bütün günü evdə oturduğum üçün sosial şəbəkələri izləyir, saytları oxuyuram. İnsanlar yazır ki, ayaqdır da, sınıb, niyə böyüdürsən? Bu, dəhşətli hadisə idi. Mərmər səkinin üstündən sürüşüb yıxıldım. Ayağım üç yerdən sındı. Onlardan biri açıq, ikisi qapalı sınıq idi. Bundan əvvəl dəfələrlə başıma qəza gəlib. Hətta quyuya da yıxılmışam, amma bu qədər ağır olmayıb".


Xəbərə aid fotolar