Bank sektorunun restrukturizasiyası üçün xüsusi mexanizmlər hazırlanmalıdır


Digərləri 29 Dek 2017 09:48:00 237 0

Bank sektorunun restrukturizasiyası üçün xüsusi mexanizmlər hazırlanmalıdır

Bank sektorunun restrukturizasiyası üçün xüsusi mexanizmlər hazırlanmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək. Bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir. Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi.