Mərkəzi Bank: "Manatın əhəmiyyətli möhkəmlənməsi..."


Digərləri 29 Dek 2017 08:44:00 210 0

Mərkəzi Bank: "Manatın əhəmiyyətli möhkəmlənməsi..."

"Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib".   

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Bəyanatda qeyd olunub ki, çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.