AMB: Ticarət və xidmət balansında pozitiv meyllər müşahidə edilir


Digərləri 29 Dek 2017 08:48:00 249 0

AMB: Ticarət və xidmət balansında pozitiv meyllər müşahidə edilir

"Xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb".  

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2014-cü ilin II yarısından neftin 3 dəfə ucuzlaşmasına reaksiya olaraq makroiqtisadi siyasətdə dərin manevr həyata keçirilib: "Neft gəlirlərindən istifadə səviyyəsi optimallaşıb, məzənnə korreksiyası həyata keçirilib, maliyyə sektorunda sağlamlaşma və restrukturizasiya prosesləri başlanıb, yaradılmış Maliyyə Sabitliyi Şurası makro iqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb".