Azərbaycanda müştəribank münasibətlərində rəqəmsal identifikasiya sistemi yaradılacaq


Digərləri 29 Dek 2017 08:37:00 766 0

Azərbaycanda müştəribank münasibətlərində rəqəmsal identifikasiya sistemi yaradılacaq

"Pul siyasətinin transmissiya effekinin gücləndirilməsi vəmaliyyə sektorunun resurs bazasının  möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq  Mərkəzi  Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək". 

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhmiyyətli yaxşılaşdıra bilər.