Mesaja cavab verən TƏHLÜKƏLİ VİRUS Harda gördünüz, SİLİN!


Digərləri 29 Dek 2017 07:48:00 228 0

Mesaja cavab verən TƏHLÜKƏLİ VİRUS  Harda gördünüz, SİLİN!

"Feysbuk" sosial şəbəkəsinə məxsus messencer tətbiqi üzərindən "Digmine" virusu yayan yeni sistem buraxılıb.

Son.az xəbər verir ki, bir neçə gündür sistemə buraxılan virus artıq bir çox ölkələrdə istifadəçilərin sosial hesablarını ələ keçirib. Ölkələr sırasında Azərbaycan, Cənubi Koreya, Vyetnam, Ukrayna, Tailand və Venesuela yer alır.

Sözügedən zərərverici proqram messencerin bütün versiyalarına göndərilə bilir. Xüsusilə "Chrome" brauzerindən istifadə edən kompyuter istifadəçilərinə videoçarx, pdf, zip, word fayllar adı altında ismarıclar göndərilir. Bu fayllar açılan zaman sistem birbaşa komputerin sistem blokuna virus yeridir. Artıq bundan sonra sizin hesabınız avtomatik olaraq bütün dostluğunuzda olan istifadəçilərə bu ismarıcları göndərməyə başlayır. Digər viruslardan fərqli olaraq, bu sistem android və İOS sistemlər üçün eyni dərəcədə təhlükəlidir.