Krediti düzgün ödəməyin 6 variantı


Digərləri 28 Dek 2017 23:50:00 222 0

Krediti düzgün ödəməyin 6 variantı

Yeni il öncəsi kredit tarixçənizi korlamaqdan yayının!

Yeni il bayramları - kredit tarixçəni  və vicdanlı borcalan reputasiyasını korlamaq üçün ən təhlükəli vaxtdır. Bayram ərəfəsi çaxnaşmada siz ödənişi vaxtında etməyi tamamı ilə yaddan çıxara və ya ödənişlər üçün ayırlmalı olduğunuz pulu müxtəlif yarmarkalar və ya şirnikləndirici kampaniyalara sərf edə bilərsiniz. Sonra baxacaqsınız ki, krediti ödəməyə əlinizdə heç nə qalmayıb.

Yeni il tətilləri ərəfəsində, bəs kreditlərini necə düzgün ödəmək olar?

Son.az bizplus.az-a istinadən bildirir ki, ilk baxışda kredit üzrə ödənişlər etmək olduqca asan bir işdir - ayda bir dəfə  hesaba pul köçürdün, başını atıb rahat yata bilərsən. Amma hətta belə sadə bir işdə də çoxsaylı xırda nüanslar vardır ki, onları mütləq bilmək lazımdır. Belə də siz büdcənizi düzgün bölüşdürə və problemlərdən uzaq ola bilərsiniz.  

İlk növbədə, əgər ödəməli olduğunuz məbləğ yuvarlaq deyilsə (məsələn 141 manat, 48 qəpik) daha yaxşı olar ki, onu artan istiqamətdə yuvarlaqlaşdırıb, ödəyəsiniz, yəni 141 manat kimi deyil, 142 manat kimi. Ödəniş edərkən komisyon haqqının tələb olub-olunmadığına nəzər salın, əgər komisyon haqqı tələb olunursa, həmin məbləği ödənişin üzərinə əlavə etməklə ödəyin. Əks halda ödədiyiniz məbləğdən komisyon haqqı çıxılarsa, aylıq ödənişiniz tam yerinə yetirilmiş olmayacaq. Əgər krediti götürdüyünüz valyuta ilə, ödəniş edəcəyiniz valyuta fərqlənirsə, onda mütləq həmin gündə bankın tətbiq etdiyi məzənnəni nəzərə almalısınız. Məsələn, kreditiniz dollarda, ödənişiniz isə manatdadırsa, həmin gün üçün krediti ödəməli olduğunuz bankın usd-azn məzənnəsini öyrənməlisiniz. Bankomat və ya terminalla ödəniş edərkən, bankın konversiya xərclərini də nəzərə almalı və yuxarıda qeyd etdiyimiz kimi ödənişi yuvarlaq etməlisiniz.