2018ci ildə “fast food” sektorunda “qiymət müharibə”si baş verəcək


Digərləri 28 Dek 2017 23:55:00 339 0

2018ci ildə “fast food” sektorunda “qiymət müharibə”si baş verəcək

Uzun illər ərzində menyu "fast food" "McDonald's" restoranlarının əsaslarından biri idi. Amma artıq onun yenilənməsinin vaxtı çatmışdı.

Son.az facemark.az-a istinadən bildirir ki, "Business Insider" yazır ki, şirkət menyusuna 1,2,3 dollarlıq yeməklər də əlavə edəcək. Bundan əlavə, şirkət satışlara dəstək üçün reklam xərclərini artırmaq niyyətindədir.

"McDonald's" rəhbərliyi 2018-ci ildə reklam büdcəsini artırmaq barədə qərarı qəbul edib, söhbət isə 20%-lik artımdan gedir.

"Credit Suisse" şirkətinin analtikləri isə deyir ki, "McDonald's"un rəqiblərin qiymətlərdə azalmaya getdiyini nəzərə alaraq, fikirləşir ki, şirkət satışlarının həcmini artıra biləcək. Analtiklər fikirləşir ki, 2018-ci ildə "fast food" sektorunda əhəmiyyətli qiymət dəyişikliyi ili olacaq.

Xatırladaq ki, şirkət 2017-ci ilin birinci yarısında satışlarını təşkil etdiyi kampaniyaların hesabına artırmağı bacarmışdı. Belə ki, şirkət amerikan müştərilərinə bütün qazlı işçiləri 1 dollara, "McCafe"də içkilər 2 dollar, premium burgeri isə cəmi 5 dollar satmışdı.