Fransa ilə Belçika arasında gərginlik


Dünya 28 Dek 2017 23:58:00 282 0

Fransa ilə Belçika arasında gərginlik

Fransa hökuməti "Dassault Aviation" avia şirkətinin istehsalı olan "Rafale" markalı döyüş təyyarəsi alacağı təqdirdə Belçikaya 20 milyard avro təzminat ödəyəcəyini bildirib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Fransa F-16 tipli döyüş təyyarələrini dəyişdirmək istəyən Belçika hökumətinin F-35 veya Yevrofiter Tiflun model təyyarə əvəzinə "Dassault Aviation"dan "Rafale" alacağı təqdirdə bu ölkəyə 20 il ərzində 20 milyard avro ödəyəcəyinə söz verib.

Fransanın Belçikanı "Rafale" tipli döyüş təyyarələrini almaq üçün razı salmağa çalışdığı bildirilir.

Belçika müdafiə naziri Steven Vandeput Fransanın təklifinin "gerçəkləşməyəcək qədər gözəl" olduğunu bildirib.