Səfirin öldürüldüyü sərginin təşkilatçısı tutuldu


Dünya 28 Dek 2017 23:59:00 342 0

Səfirin öldürüldüyü sərginin təşkilatçısı tutuldu

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdə uğradığı sərginin təşkilatçısı Mustafa Timur Özkan həbs olunub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, sərgi təşkilatşısı Karlovun öldürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində Ankara Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılaraq məhkəməyə gətirilib. Özkan qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə maddəsi üzrə ittiham olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Andrey Karlov ötən il dekabrın 19-da Ankarada qatıldığı sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb. İndiyədək aparılan istintaq tədbirləri nəticəsində 3-ü polis olmaqla 5 nəfər həbs olunub.