Anasının xəstəxanalıq olmasının səbəbkarı Castin deyilmiş - əsl səbəb bilindi


Şou-biznes 29 Dek 2017 00:00:00 416 0

Anasının xəstəxanalıq olmasının səbəbkarı Castin deyilmiş - əsl səbəb bilindi

Müğənni Selena Qomezin bir müddət əvvəl xəstəxanaya düşən anası Mandi Tifi haqda yeni xəbərlər var.


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Mandinin halının pisləşməsi heç də Selenanın yenidən Castinlə görüşməsi deyil.

Bu gün məlum olub ki, ifaçı ilə anası arasında soyuqluq Qomezin onu və atalığı Brayan Tifini prodüser kimi yanından uzaqlaşdırmasıdır.

Belə ki, Selenanın sənəti ilə bağlı bütün məsələləri bu günə qədər anası və atalığı həll edirdisə, bundan sonra bu işi başqa biri yerinə yetirəcək. Bu barədə qərarı gənc sənətçi özü verib və bu da Mandiyə çox pis təsir edib.