İsrail Dünya Şahmat Federasiyasından təzminat istəyir


Dünya 28 Dek 2017 23:42:00 290 0

İsrail Dünya Şahmat Federasiyasından təzminat istəyir

İsrailin Şahmat Federasiyası, Səudiyyə Ərəbistanında ilk dəfə keçirilən Dünya Şahmat Çempionatında israilli şahmatçıların iştirakının əngəllənməsindən sonra təzminat tələb edəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanı yeddi İsrailli şahmatçıya viza verməyib.

Səudiyyə Ərəbistanı, Dünya Şahmat Çempionatına ilk dəfədir ki, ev sahibliyi edir.

Bu gün başlayan və şənbə gününə qədər davam edəcək Ər-Riyad şəhərindəki turnirdə 180 şahmatçının iştirakı gözlənilir.

Səudiyyənin Washington-dakı səfirliyinin sözçüsü Fatimah Baeshen Twitter-də yazıb ki, israillilərin viza tələbləri bu ölkənin Səudiyyə ilə diplomatik əlaqəsinin olmamasına görə rədd edilib.

Çempionatı keçirən Dünya Şahmat Federasiyası (FİDE) heç bir oyunçunun iştirakının qarşısının alınmaması lazım olduğunu açıqlamışdı.

İranlı və qətərli oyunçuların viza almağa nail olduqlarını açıqlayan FİDE, israilli oyunçuların ölkəyə girişi məsələsində isə Səudiyyə Ərəbistanı ilə hər hansı bir razılaşma əldə etmədiyini söyləyib.