Dil pası nədir?


Digərləri 28 Dek 2017 23:45:00 294 0

Dil pası nədir?

Dil üzərində olan forma, rəng və pas dəyişiklikləri müxtəlif xəstəliklərə səbəb olur.

Dil üzərindəki rənglər, içilən içəcək və yeyilən yeməklərin rənginə görə dəyişir. Bu rəngdəyişməsi dayanıqlı deyil. Ancaq rəngdəyişmə qalıcıdırsa o zaman problem var deməkdir.   PAS RƏNGİ HANSI XƏSTƏLİYİN ƏLAMƏTİDİR?   Son.az deyerler.org-a istinadən bildirir ki, dil üzərindəki paslar ümumiyyətlə ağ, qara, qəhyəvi və sarı rəngdə olur. Ağ dil pası əsasən kolit, enterit, qastrit kimi bağırsaq və mədə infeksiyalarından qaynaqlanır. Əgər ağ pas qalındırsa hərarət və ya zəhərlənmə əlaməti ola bilər.   Sarı pas, qaraciyərdən ifraz olunan öd mayesində ya da öd kisəsində bir patoloji vəziyyəti göstərir. Dil üzərində qəhvəyi pas immun sisteminin çox zəifləməsilə əlaqədardır. Ümumiyyətlə spirtli içki içən və siqaret çəkən insanlarda müşahidə olunur. Dildə qara pas nadir hallarda olur. Bu rəng ləkələr xronikiləşən öd və mədə xəstəlikləri əsnasında müşahidə oluna bilər.