Bu qadın təcavüz qurbanlarının paltarlarını toplayır FOTO


Digərləri 28 Dek 2017 23:39:00 253 0

Bu qadın təcavüz qurbanlarının paltarlarını toplayır  FOTO

Hindistanlı sənətçi və fəal Jasmin Patheja təhqir və təcavüz qurbanlarının paltarları toplayır.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Jasminə görə, Hindistanda qadınlar daha çox geyimləri üzündən təcavüzə məruz qalırlar.

"Qurbanlara verilən əsas sual belə olur: "Əyninizə nə geyinmişdiniz? Təcavüz üçün paltarın bəhanə gətirilməsi yersizdir. Topladığım hər bir geyim ağır cinayətlərə "şahidlik" edib", deyə Jasmin bildirib.

Jasminə görə, Hindistanda az qala, hər bir qadın küçədə təcavüzlə - sataşma, ələsalma, toxunma və əlləmə halları ilə - üzləşib.

Və belə hallarla bağlı qadınlara verilən suallardan həmişə belə nəticə çıxıb ki, günah təhqir və təcavüzə məruz qalan qadının özündədir - ola bilsin ki, qadının elə bir hərəkət edib ki, qarşı tərəfi ona sataşmağa sövq edib. Misal üçün, paltarı açıq-saçıq olub və ya işdən gecə saatlarında qayıdıb və s.


Xəbərə aid fotolar