Naxçıvanda Mənəvi Dəyərlər Fondu yaradılıb


Digərləri 28 Dek 2017 23:27:00 265 0

Naxçıvanda Mənəvi Dəyərlər Fondu yaradılıb

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində "Mənəvi Dəyərlər Fondu" yaradılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.