Kaliforniyalı qadın Appledən 1 trilyon dollar tələb etdi


Digərləri 28 Dek 2017 23:05:00 259 0

Kaliforniyalı qadın Appledən 1 trilyon dollar tələb etdi

Bəzən bu cür məhkəmə iddiaları absurd vəziyyətə kimi çatır. Bir neçə müddət bundan öncə "Apple" şirkəti etiraf etmişdi ki, o, bilərəkdən köhnə iPhone smartfonlarını zəiflədir.

Son.az technote.az-a istinadən bildirir ki, beləliklə şirkət milyonlarla amerikalıya onu istehlakçı hüquqlarının pozulması səbəbindən məhkəməyə vermək üçün əla imkan verdi. Bəziləri hətta bu cür məhkəmə iddialarından yararlanıblar. İstifadəçilər dəymiş zərərin ödənilməsini şirkətdən tələb edirlər.

Lakin indiyənə kimi insanların tələb etdikləri vəsaitlər 100 milyon və ya 100 milyondan bir qədər çox vəsaiti keçmirdi. Kaliforniya ştatı vətəndaşı Violetta Mailyan isə hamıdan fərqlənib. Belə ki, bu qadın "Apple" şirkətini məhkəməyə verərək ondan demək olar ki, trilyon dollar təzminat tələb edir. Bu barədə sənədlər "Apple"ın patentlərini nəzarətdə saxlayan Patently Apple-da aşkar edilib. Viloetta Mailyan "Apple" şirkətinin bilərəkdən iPhone cihazını zəiflətməsi nəticəsində ona dəymiş zərəri 999.999.999.000$ (demək olar 1 trilyon dollar) qiymətində dəyərləndirib.