Ən yaxşı biznes və fərdi inkişaf kitabları


Digərləri 28 Dek 2017 22:50:00 288 0

Ən yaxşı biznes və fərdi inkişaf kitabları

Varlı ata Kasıb ata

Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.

Son.az bizplus.az-a istinadən bildirir ki, kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.

"Varlı ata, kasıb ata" kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün çox faydalıdır.

Düşün və varlan

Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. "Düşün və varlan" kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Uğurlu satış üçün 55 məsləhət

"Uğurlu satış üçün 55 məsləhət" adlı bu kitab, pe­şəkar bir satıcının illər ərzində qazanmış olduğu bil­giləri paylaşma arzusundan yaranmışdır. Burada satış deyərkən, hər bir məhsulun birbaşa satışı və müxtəlif xidmətlərin daha yüksək səviyyədə gös­tə­rilməsi üçün çox sadə üsullar nəzərdə tutulur. Həm­çinin müxtəlif sahələri əhatə edən satıcı-müştəri mü­­nasibətlərinin tənzimlənməsi, müştərinin hər bir xid­mətdən razı qalmasını təmin edəcək vasitələr və bu münasibətlərin uğurlu sonluğa çatdırılma yolları göstərilmişdir. Məmnun müştəriləri yola salmaq istə­yən hər bir xidmət obyekti və hər bir satıcı bu kitabdakı məlumatlardan faydalana bilər!

Zənginliyə və xoşbəxtliyə çatmağın 7 strategiyası

Bu kitab xoşbəxtlik və zənginlik arzusunda olan və bunu necə əldə etməyin yollarını öyrənmək istəyənlər üçün yazılmışdır. Bu yolların çətin, lakin şərəfli olduğunu qeyd edən müəllif həmin arzulara çatmağın 7 strategiyasını göstərmişdir. Bu strategiyalar biri digərini tamamlamaqla anlaşılan ardıcıllıqla verilmişdir. Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Necə güclü rəqib olmaq olar?

Bestseller seriyasından olan yeni kitabında Ceffri Foks ayrıayrı şirkətlərin nəyin sayəsində güclü rəqibə çevrilmələrindən və öz bazarlarında liderlik mövqeyi qazanmalarından söhbət açır. Bu kitab bazarda özünü təsdiq etmək, hətta tariflər yüksək olmayan vaxtı imkanları əldən buraxmamaq və udmağı davam etdirmək üçün necə fikirləşmək və nə ilə risk etmək barədə cəlbedici əsərdir. Kitab, ilk növbədə, rəhbər şəxslər və biznesmenlər üçün nəzərdə tutulmuşdur. Lakin o həmçinin geniş oxucu dairəsi üçün də maraqlı olacaqdır.