Təhsilini yarıda ataraq milyarder olan iş adamları


Digərləri 28 Dek 2017 22:55:00 319 0

Təhsilini yarıda ataraq milyarder olan iş adamları

Dünyanın zəngin, uğurlu, ən çox ilham verən sahibkarlarından bəziləri universiteti yarıdan atıblar. Məsələn, "Apple"ın qurucusu Stiv Cobs, "Microsoft"un rəhbəri Bill Qeyts, "Facebook"un CEO-su Mark Zuckerberg məzun olmadan universiteti tərk ediblər.

Hətta nə qədər qəribə səslənsə də "Paypal"ın qurucusu Peter Thielin özü məşhur universitetlərdən biri olan "Stanford" məzunudur. Amma o bacarıqlı tələbələri universiteti atmaq üçün təşviq edir. Hətta universiteti atdıqları təqdirdə 100 min dollar mükafat və şirkətində iş təklifi edir.

Son.az facemark.az-a istinadənuniversitet təhsilini başa vurmamış 15 uğurlu sahibkarı təqdim edir.

1. Arash Ferdowsi: Arash Ferdows İran əsilli ABŞ vətəndaşıdır. 2007-ci ildə 3-cü kurs tələbəsi olan A.Ferdowsi universiteti yarıda buraxaraq "Dropbox" saytı və tətbiqini yaradır. Bu gün o "Dropbox"un texnologiya üzrə məsul müdiridir. Onun şəxsi sərvəti isə 500 milyon dollardır.

2. Daniel Ek: İsveç vətəndaşı Daniel Ek 2005-ci ildə ölkəsində fəaliyyət göstərən İsveç Federal Texnologiya Universitetində mühəndislik oxumağa başladıqdan 8 həftə sonra təhsilini yarıda buraxır.

Daha sonra bir neçə internet saytı dizayn işində çalışan Daniel Ek, "Advertigo" adlı onlayn marketinq şirkətini təsis edir. Amma onu da qısa müddət sonra başqa bir isveç firmasına satır. Onu məşhur edən "Spotify" tətbiqini 2008-ci ildə qurur. "Spotify" qurduqdan sonra bir il içində milyonçu olan Daniel Ek, bu dəqiqələrdə 75 milyon istifadəçiyə sahib musiqi tətbiqi hesabına 1,6 milyard dollarlıq şəxsi sərvətə sahibdir.

3. Elizabeth Holmes: Elizabeth Holmes 2003-cü ildə "Stanford Üniversitetində ikinci kursda oxuduğu zaman tibb texnologiya şirkəti olan "Theranos"u yaradır. Bir neçə aydan sonra isə işinə adaptasiya olmaq üçün universiteti atır.Bu gün 31 yaşında olan Elizabeth Holmes ABŞ-ın ən gənc qadın milyarderidir. Şəxsi sərvəti 4,6 milyard dollardır.

4. Oprah Winfrey: Mediyada karyera qurmaq istəyən Oprah Winfrey "Tennessee Dövlət Universiteti"ni yarıda buraxır.Daha məktəbdə oxuduğu vaxtlarda mediaya sonsuz sevgisi olub. O vaxtlar yerli radioların birində işləməyə başlayıb. Bu sonsuz sevgini universitet vaxtlarına da apara bilib. Universitetdə ikinci kursda oxuduğu vaxt yerli televiziya kanalından iş təklifi alan O.Winfrey risk edərək təhsilini atır və arzusunda olduğu işi görməyə başlayır. Bu gün o, ABŞ və dünyanın məşhur, uğurlu və 2,8 milyard dollarlıq şəxsi sərvəti ilə ən zəngin media adlarından biridir.

5. Jack Dorsey: "Twitter"in yaradanlardan biri olan Jack Dorsey "Missouri Üniversitet"ində təhsil almağa başlayır və hətta "New York Üniversitetin"ə keçid eləmək ərəfəsində ikən təhsilini atır və bu günün məşhur olan sosial platformasını qurmaq üçün adaptasiya olur.O, hazırda "Twitter"in səhmlərinin 5%-nə sahibdir və şirkətin CEO-sudur. Eyni zamanda, "Disney"in idarə heyətinin üzvidir. Onun şəxsi sərvəti isə 2,6 milyard dollardır.

6. Michael Dell: Dünyanın ən böyük kompüter markalarından biri olan "Dell"in qurucusu Michael Dell Texas Universiteti 19 yaşında daha birinci kursda oxuduğu zaman atır. Dell texnologiya şirkətini yaradır. Şirkətin bugünkü bazar dəyəri 20,9 milyard dollardır.