Astarada ağır qəza: İçində 9 nəfər olan avtomobil dərəyə aşdı


Digərləri 28 Dek 2017 22:33:00 256 0

Astarada ağır qəza: İçində 9 nəfər olan avtomobil dərəyə aşdı

Sürücü də daxil olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Astarada "UAZ" dərəyə aşıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qəza rayonun Deqədi-Pəlikeş avtomobil yolunun Kijəbə qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı avtomobildə 9 nəfər olub. İlkin məlumata görə, qəzaya 1969-cu il təvəllüdlü sürücü Şəmsəddin Qasımovun qəfil ürəktutma keçirməsi səbəb olub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb.

. Xəsarət alanlar İlahəddin Qasımov, Bəhruz Hüseynov, Salam Qasımov, Ramin Qasımov və sürücü Şəmsəddin Qasımovdur. Xəsarət alanların hamısı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına dərhal çatdırılıblar.

Xəstəxanadan verilən məlumata əsasən sürücünün vəziyyəti ağırdır.