Allah elm əhli ilə əhd bağlamışdır


Digərləri 28 Dek 2017 22:20:00 407 0

Allah elm əhli ilə əhd bağlamışdır

İslam dini buyurur ki, insan həyatının hər bir mərhələsində tədqiq yolunu keçməli və elmini artırmalıdır. Yersiz və kor-koranə təqliddən çəkinməlidir. "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).

Son.az deyerler.org-a istinadən bildirir ki, dinimiz buyurur ki, o şeyə ki, elmin yoxdur, onun ardınca getmə. Yəni, elm olmadan etiqad bəsləmək yolverilməzdir.   Quranda buyurulur: "De: "Məgər bilənlərlə bilməyənlər birdirlər?" Yalnız əsil ağıl sahibləri ibrət götürərlər". ("Zumər" 9).   Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Elmi və tədqiqi öyrənin, baxmayaraq ki, Çin ölkəsində olsa belə. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir". (Tebyan) İmam Həsən Müctəba (ə) buyurur: "Elmini başqalarına öyrət və başqalarının elmini öyrən. Çünki bu işlə həm öz elmini möhkəmləndirərsən və həm də bilmədiklərini öyrənərsən".   Quranın nəzərinə görə, elm öyrənmək və bu sahədə tədqiqatlar aparmaq - ən üstün əməli ibadətdir. Məsumlarımızdan (ə) gələn hədislər də bu həqiqəti sübut edir.   Allah elm əhli ilə əhd bağlamışdır. Quran bu haqda buyurur: "Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən "mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!" deyə əhd-peyman aldı". ("Ali-İmran" 187).   Bəli, Peyğəmbərin (s) də buyurduğu kimi, müsəlman beşikdən qəbrə qədər elm öyrənməlidir. Çünki bu əməl - ən üstün ibadətdir. Onu cəhalət quyusundan çıxardıb, hidayətin nuruna tərəf yönləndirər.