Mingəçevirdə evdə gənc qadın meyiti tapılıb


Sosial 28 Dek 2017 21:55:27 276 0

Mingəçevirdə evdə gənc qadın meyiti tapılıb

İlkin məlumata əsasən, meyit Göyçay rayonundan olan Vəfa adlı şəxsə məxsusdur

Mingəçevir şəhərində təqribən 25 yaşlı qadın ölmüş vəziyyətdə aşkar olunub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 42 saylı binada qeydə alınıb.

İlkin məlumata əsasən, meyit Göyçay rayonundan olan Vəfa adlı şəxsə məxsusdur.

Meyit şəhər morquna aparılıb. Hadisə yerində şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.