Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur


Digərləri 28 Dek 2017 21:20:00 235 0

Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur

Allahdan qorxmaq dedikdə, o demək deyildir ki, nəuzubillah, Uca Yaradan qorxulu bir varlıqdır. Bəs İlahi xof, deyildikdə nə nəzərdə tutulur?

Son.az deyerler.org-a istinadən bildirir ki, şübhəsiz ki, İlahi xof deyildikdə, məqsəd hər şeyi bilən və hər şeydən agah olan Allahın əzəmət və qüdrətini dərk etmək halından qaynaqlanan bir hissidir. Allahı qadir bilmək və hər bir məxluqun Xaliqi bilməkdir.

Quran müxtəlif ayələri sayəsində bu hissi bizə tanıtmağa çalışmışdır. O cümlədən: "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır". ("Fatir" 28).

"Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi". ("Əraf" 154).

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).

"(Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs, tezliklə öyüd-nəsihət alacaqdır". ("Əla" 10).

"Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür". ("İbrahim" 14).

"Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki cənnət vardır". ("Rəhman" 46).