Hamilə qalmaq üçün görün nə edirlər FOTO


Dünya 28 Dek 2017 20:24:00 262 0

Hamilə qalmaq üçün görün nə edirlər  FOTO

Araşdırmaların davam etdiyi Namibiyanın Kunene bölgəsində yaşayan Himba qəbiləsi ilə bağlı hər gün yeni məlumatlar əldə edilir. Son əldə edilən məlumat qəbilənin hamilə qadınları ilə bağlıdır.

Son.az Mynet-ə istinadən xəbər verir ki, qəbilədə yeni doğulan uşaqların yaşı doğulduqları gündən yox, anası ilə telepatik ünsiyyət (fikrini oxumaq) qurmağa başladığı gündən etibarən başlayır.

Himbalar dünyanın ən qəribə qəbilələrindədən hesab edilir!

Qəbilənin qadınları hamilə qalmağa qərar verincə bir ağacın altında oturaraq dünyaya gəlmək istəyən uşağın onunla əlaqə yaratmasını gözləyir.

Uşağın anası ilə ilk ünsiyyəti ona oxuduğu bir mahnı ilə başlayır. Uşağın oxuduğu mahnını eşidən ana bu mahnını ərinə də öyrədir və sonra hamilə qalır.

Uşağın anasına ifa etdiyi mahnı körpənin doğum günü olaraq qəbul edilir. Yaşı da bu tarixə əsasən hesablanmağa başlanılır.