Musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 28 Dek 2017 19:52:00 316 0

Musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Trend-in məlumatına görə, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada ( vokal və estrada ) üzrə mübarizə aparıblar. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər. İlk öncə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.