Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək


Dünya 28 Dek 2017 17:43:09 278 0

Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək

Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək

Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri arasında ilk sürət qatarı dekabrın 31-də yola düşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı “EFE” agentliyi yayıb.

İlk qatarın yola salınması mərasimində Səudiyyə Ərəbistanı və İspaniya hökumətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Məkkə ilə Mədinə arasında dəyəri 6,7 milyard avro olan dəmiryolunun tikintisi üçün tender elan etmişdi. Bu tenderin qalibləri İspaniyanın 12, Səudiyyə Ərəbistanının 2 şirkəti olmuşdu. Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək.