Azərbaycanda maliyyə ombudsmanı institutu yaradılacaq


Digərləri 28 Dek 2017 17:30:00 272 0

Azərbaycanda maliyyə ombudsmanı institutu yaradılacaq

"2018-ci ildə Azərbaycanda bank ombudsmanının səlahiyyətləri artırılacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bank ombudsmanının məsul katibi Elçin Həsənov Azərbaycan Banklar Assosiasiyasının rəsmi orqanına müsahibəsində deyib.

Məsul katib qeyd edib ki, hazırda bank ombudsmanının adının dəyişdirilməsi və Maliyyə ombudsmanı institutunun yaradılması nəzərdə tutulur: "Eyni zamanda bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində işlər davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları ilə fikir ayrılıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcək. Artıq qanun layihəsi hazırlanıb və müzakirələr aparılır".