2018-ci ildə "qara qızıl"ın qiymətinə təsir edəcək amillər və PROQNOZ


Digərləri 28 Dek 2017 17:33:00 253 0

2018-ci ildə "qara qızıl"ın qiymətinə təsir edəcək amillər və PROQNOZ

Gələn il neftin qiymətlərini aşağı volatillik gözləyir, çünki OPEK bazara nəzarəti artırmaq niyyətindədir.

Bakı. Gələn il neftin qiymətlərini aşağı volatillik (qiymətdə dəyişmələr) gözləyir, çünki OPEK bazara nəzarəti artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyinin 2018-ci il üçün proqnozlarında deyilir. Ümumiyyətlə isə neft bazarını təhlil edən mütəxəssislər "qara qızıl"ın gələn il qiymətlərinə təsir göstərə biləcək beş amili müəyyən ediblər. Mütəxəssislərin fikrincə, amillərdən biri şist nefti ola bilər. Qeyd olunur ki, 2018-ci ildə ABŞ-da şist neftinin rekord həddə tədarükü gözlənilir.