Qadın sanıb tanış olduğu şəxslə görüşdükdə həyatının şokunu yaşadı VİDEO


Dünya 28 Dek 2017 17:23:00 303 0

Qadın sanıb tanış olduğu şəxslə görüşdükdə həyatının şokunu yaşadı  VİDEO

Facebook-da özünü qadın olaraq təqdim edib, görüşdüyü bir kişinin mobil telefonunu əlindən alan şübhəli S.G. saxlanılıb. 

Olay 15 dekabr günü Kocaelinin İzmit qəsəbəsində qeydə alınıb.

Son.az Mynet-ə istinadən xəbər verir ki, Facebook-da qadın hesabı açan S.G. (21) T.A. adlı şəxslə danışmağa başlayıb. Cütlük bir müddət sonra görüşmək üçün yer təyin edib. Deyilən ünvana gələn T.A.-ya yumruq atan S.G. mobil telefonunu götürərək yoxa çıxıb.

Zəzərçəkənin ifadələrinə əsaslanaraq axtarışa başlayan istintaq qrupu ərazidə yerləşən təhlükəsizilik kameralarına baxıb. Şübhəlinin S.G. olduğunu müəyyən edən polislər şübhəlini çalışdığı iş yerində saxlayıblar.

Şübhəli dələduzluğu narkotik maddə almaq üçün etdiyini etiraf edib. S.G.-nin ifadələri əsasında narkotik tərkibli həb satan daha bir nəfər tutulub.