Ekspertlər: Rusiya iqtisadiyyatında yeni resessiya təhlükəsi yaranıb


İqtisadiyyat 28 Dek 2017 17:05:04 371 0

Ekspertlər: Rusiya iqtisadiyyatında yeni resessiya təhlükəsi yaranıb

Akademiyanın rektoru Vladimir Mau: "Rusiya iqtisadiyyatının sovet iqtisadiyyatı ilə çox oxşaq xüsusiyyətləri var"

Rusiya iqtisadiyyatındakı cari vəziyyət ölkənin hələ staqnasiyadan çıxışa hazır olmadığını, hətta yeni resessiya təhlükəsindən xəbər verir. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Ali İqtisadiyyat Məktəbinin (VŞE) "İnkişaf Mərkəzi" institutunun hazırladığı proqnoz-hesabatda bildirilir.

"Bu və ya başqa cür investisiyaların yavaşladığı aşkar faktdır. Sənaye və iqtisadiyyatda yavaşlama, hətta geriləmənin qeydə alınması, tammənalı iqtisadi artımın başlamasını şübhə altına alır. Hazırda gedən söhbətlər sadəcə həqiqət əvəzinə arzulananı önə çəkməkdir", - deyə hesabatda qeyd olunub.

Ekspertlərin fikrincə, yanvar-sentyabr aylarında qeydə alınan 4,2%-lik investisiya aktivliyi III rübdə ciddi şəkildə geriləyib və hətta mövsümi amillər nəzərə alınmaqla mənfi olub. Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau bildirib ki, "Rusiya struktur böhranı yaşayır. İnvestisiya aktivliyi 2012-ci ildən azalmağa başlayıb. İqtisadi artım potensialı isə 2000-ci illərin ikinci yarısından itib. Rusiya iqtisadiyyatının sovet iqtisadiyyatı ilə çox oxşar xüsusiyyətləri var. Problem texnologiya və institutların effektivliyi ilə bağlıdır. Ölkədə adekvat biznes mühiti qurulmalı və insan kapitalının keyfiyyəti artırılmalıdır".