İndiyədək 5000 manatlıq mükafatı 1 nəfər alıb


Digərləri 28 Dek 2017 16:39:00 267 0

İndiyədək 5000 manatlıq mükafatı 1 nəfər alıb

İndiyədək Azərbaycan Milli Elmlər Akademiyasında 35 yaşadək doktorluq dissertasiyasını müdafiə etdiyi üçün bir nəfərə mükafat verilib.

Bakı. İlhamə İsabalayeva - İndiyədək Azərbaycan Milli Elmlər Akademiyasında 35 yaşadək doktorluq dissertasiyasını müdafiə etdiyi üçün bir nəfərə mükafat verilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Dil Komissiyasının iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, AMEA tərəfindən 35 yaşadək elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib diplom alanlara 5000 manat mükafat verilir: "İndiyədək AMEA-da bu mükafatı 1 nəfər alıb. Mən görürəm ki, artıq bir canlanma var". A.Əlizadə ötən illər ərzində Azərbaycan dilinin dövlət dili olaraq qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib. Qeyd edib ki, bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. İclasda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin yekunları haqqında danışıb. Bildirib ki, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci il tarixində AMEA-nın magistrant və doktorantları arasında müsabiqə keçirilib.