"Tutulandan sonra nişanım qayıtdı" Meyxanaçı dustağın etirafları VİDEO FOTO


Digərləri 28 Dek 2017 16:09:00 322 0

"Tutulandan sonra nişanım qayıtdı"  Meyxanaçı dustağın etirafları  VİDEO  FOTO

Son.az ARB TV-nin "Rezonans" verilişi məhkum Rasim Tağıyevin həbsxana hekayələrini təqdim edir.

Rasim Tağıyev (cəzası 9 il ümumi 14 il): "Sənətim meyxanadır. İçkili olub cinayət törətmişəm. İlk dəfə 16 yaşımda soyğunçuluq etmişəm. Rayona getməyə yolpulum yox idi. Taksi sürücüsünə qarşı soyğunçuluq etdim. Pulunu götürüb qaçanda telefonum bunun maşınına düşmüşdü. O cür məni tapdılar. 5 il iş aldım. Ordan çıxandan sonra 11 ay keçmişdi ki, içkili halda yenə bu cür şey etdim. Anama dedim ki, uşaqlarla görüşməyə gedirəm, qoymaq istəmirdi. İçkili halda türkiyəli bir nəfəri aldatdım. Sonra onun pullarını alıb qaçdım. 2050 dollar pulu var idi. Həmin ərəfədə nişanlı idim və bir neçə gün sonra nişanım olacaqdı. Tutulandan sonra nişanım qayıtdı. Bu cinayəti də ehtiyacdan törətdim. Bakıya gedəndə rəis mənə zəng elədi ki, Rasim, burada türkü soyublar, bilirik sən deyilsən. Gəl, izahat yaza sonra get. Gördüm ki, üstü açılır deyə özüm gedib təslim oldum. Mənim tək narahat olduğum şey azadlıqdır. Çox darıxıram".


Xəbərə aid foto