"Juventus"un hücumçusu Çindən gələn təklifi geri çevirib


İdman 28 Dek 2017 16:08:00 313 0

"Juventus"un hücumçusu Çindən gələn təklifi geri çevirib

"Juventus"un hücumçusu Mario Mandzukiç Çindən gələn əlverişli təklifi geri çevirib. Goal.az xəbər verir ki, xorvatiyalı forvarda "Hebei China Fortune" klubu tərəfindən illik 15 milyon avro məvacib təklif olunub. Mandzukiç "Qoca senyora"da qalmağı üstün tutub. Çin klubunda Ezekiel Lavezzi və Jervinyo kimi tanınmış futbolçular çıxış edir. 31 yaşlı Mandzukiçin "Juventus"la müqaviləsi 2020-ci ilin yayında bitəcək.