Azərbaycanda ilk: Muğanbank dünyanın ən böyük ödəniş sisteminin plastik kartlarının satışına start verdi


Digərləri 28 Dek 2017 15:52:00 340 0

Azərbaycanda ilk: Muğanbank dünyanın ən böyük ödəniş sisteminin plastik kartlarının satışına start verdi

Azərbaycanda ilk dəfə olaraq, Çin Xalq Respublikasının Union Pay Int. beynəlxalq ödəniş sisteminə qoşulan "Muğanbank" ASC, Union Pay plastik kartlarının satışına start verib. "Muğanbank" ASC 4 növ: Union Pay Classic, Union Pay Gold, Union Pay Platinum və Union Pay Diamond kart məhsullarını müştərilərə təklif edir.

"Muğanbank" ASC-nin Union Pay ödəniş sisteminə qoşulması ölkədə nağdsız hesablaşmaların inkişafına öz töhfəsini verəcək, bankın plastik kart çeşidinin əhəmiyyətli dərəcədə artırılmasına, müştərilərə daha çox seçim imkanı yaradılmasına səbəb olacaq.

Qeyd edək ki, hazırda dünyada hər insana 2 plastik kart düşür. 2016-cı ilin yekunlarına görə dünya üzrə plastik kartların sayı 8% artaraq, 14 milyard ədədə çatıb ki, onun da 6 milyard ədədi Çinin Union Pay Int. ödəniş sisteminin payına düşür. Dövriyyədə olan kartların sayına görə Union Pay dünyada birinci yerdədir.