Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs ifadə verdi


Digərləri 28 Dek 2017 15:46:00 270 0

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs ifadə verdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Natiq Alıyev bir neçə epizod üzrə ifadə verib. 

O, ittihamları rədd edib, günahsız olduğunu söyləyib. 

Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra zərərçəkmiş, iş adamı Ağaisa Mahmudov dindiriləcək.