Bir qrup şəxsə fəxri adlar verildi


Siyasət 28 Dek 2017 15:24:00 353 0

Bir qrup şəxsə fəxri adlar verildi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər veir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar rəssam"

Qurbanov Seyfəddin Əli oğlu

Məmmədov Rəhim Əliağa oğlu.

"Əməkdar artist"

Manafzadə Turan İslam qızı

Məmmədova Elnarə Tofiq qızı

Nuriyev Mais Şükür oğlu.