Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq


Digərləri 28 Dek 2017 15:20:00 288 0

Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq

Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.

Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.