Portuqaliya klubunun 4 futbolçusu oyun satmaqda ittiham olunur


İdman 28 Dek 2017 14:56:00 276 0

Portuqaliya klubunun 4 futbolçusu oyun satmaqda ittiham olunur

Portuqaliyanın "Rio Ave" klubunda çıxış edən 4 futbolçu oyun satmaqda ittiham olunur. Goal.az xəbər verir ki, Porto polisi ötən mövsüm çempionatın 20-ci turunda  "Fierense"yə qarşı oyunda adları açıqlanmayan futbolçuların müəyyən məbləğ qarşılığında imkanlarından aşağı səviyyədə çıxış etməsindən şübhələnib. Həmin oyun ərəfəsində "Fierense"nin qələbəsinə o qədər pul qoyuluşu olmuşdu ki, bəzi bukmeyker kontorları həmin oyunu siyahıdan çıxarmışdılar. Qeyd edək ki, həmin qarşılaşmada "Fierense" 2:1 hesablı qələbə qazanmışdı.