Millimizin sabiq məşqçisi: “Azərbaycanda işimizdən razı idilər”


İdman 28 Dek 2017 14:47:00 275 0

Millimizin sabiq məşqçisi: “Azərbaycanda işimizdən razı idilər”

“Azərbaycanda bizi saxlamaq istəyirdilər”.

Goal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin köməkçisi Draqan Spasiç deyib. O, yığmamızdan niyə ayrıldıqlarına aydınlıq gətirib:

“3 ildən sonra bizim dəyişikliyə ehtiyacımız var idi. Bu səbəbdən oranı tərk etdik.  Ümumlikdə, işimizdən razı idilər. İşmiz onları qane edirdi”. 

Spasiç Bosniya və Herseqovina millisindən təklif aldıqlarını da təsdiqləyib:

“Lakin onlar bu işi uzadır. Belə olsa, sonradan bizə problem yarana bilər. O səbəbdən başqa təklifləri də gözləyirik”.