105 müəllimin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib


Digərləri 28 Dek 2017 14:16:00 270 0

105 müəllimin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib

Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və əmək müqaviləsi əsasında işə qəbul olunan müəllimlərdən 105-nin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 740 müəllim fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.

Bu il paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.