Bələdiyyə binasında bankomatdan 51 min manat oğurlandı


Digərləri 28 Dek 2017 13:48:00 322 0

Bələdiyyə binasında bankomatdan 51 min manat oğurlandı

Beyləqanda bələdiyyə binasında bankomatdan 51 min manta pul oğurlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri - Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manat oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.