Qattuzo: "Milan", xüsusən psixoloji aspektdə hələ də artırmalıdır"


İdman 28 Dek 2017 13:45:00 287 0

Qattuzo: "Milan", xüsusən psixoloji aspektdə hələ də artırmalıdır"

"Milan" İtaliya kubokunun 1/4 finalında "İnter"i məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Əsas vaxt qolsuz başa çatsa da, əlavə vaxtda Patrik Kutrone "rossoneri"nin titul iddiasını davam etdirən qola imza atıb. Goal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Cennaro Qattuzo bunları deyib:

"Çərşənbə günü demişdim ki, kubok oyunu bizim üçün dünya çempionatının finalı kimidir. Bəzi insanlar məni axmaq hesab etmişdi. Bu oyunun nə dərəcədə əhəmiyyətli olduğunu bilirdik. Mövsümə bir məzmun vermək lazım idi. Futbolçuların əhəmiyyət anlayışını yenidən dərk etməsi zərurəti vardı. Bunu reallaşdırdığımız üçün razıyam. Problemlərin geridə qaldığını demirəm. "Milan", xüsusən psixoloji aspektdə hələ də artırmalıdır. Çalışmağa davam edib oyundan oyuna gedəcəyik".