"Bank of Baku" müştərilərinə bayram günlərində də xidmət göstərəcək


Digərləri 28 Dek 2017 13:17:00 250 0

"Bank of Baku" müştərilərinə bayram günlərində də xidmət göstərəcək

"Bank of Baku" müştərilərinə bayram günlərində də xidmət göstərəcək.

Bakı. Həftənin 7 günü müştərilərinə xidmət göstərən "Bank of Baku" Bayram günlərində də fəaliyyətini davam etdirəcək. Yeni il Bayramı ilə əlaqədar, 31 dekabr və 1 yanvar tarixləri Bankda qeyri-iş günü hesab ediləcək. 2-3 yanvar 2018-ci il tarixlərində isə Bankın "Azneft”, “Neftçilər”, “Əhmədli”, “Bakıxanov”, “Sumqayıt” filialları və Baş İdarəsindəki Müştəri Xidmətləri Departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: Qeyd: 30 dekabr 2017-cil tarixində Bank of Baku-nun Bakıda fəaliyyət göstərən bütün filialları, eyni zamanda "Sumqayıt", "Yeni Gəncə" və "Şirvan" region filialları fəaliyyətini həmişəki iş rejimində davam etdirəcək. Bayram günlərində Bank of Baku-nun yuxarıda adları çəkilmiş filiallarına yaxınlaşan müştərilər həm Nağd Pul krediti (restrukturizasiya daxil olmaqla) və Bolkart kredit, debet kartları və Dostlar Klubu kartları əldə edə, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər. Filial 02.01.2018 03.01.2018 Azneft 10:00 - 21:00 10:00 - 21:00 Fasilə (14:00 - 15:00) Fasilə (14:00 - 15:00) Neftçilər 10:00 - 14:00 10:00 - 18:00 Fasilə (14:00 - 15:00) Baş İdarə Qeyri-iş günü 10:00 - 14:00