"Pikenin fitə tutulması "Real" azarkeşləri ilə ədavətinin nəticəsidir"


İdman 28 Dek 2017 12:49:00 338 0

"Pikenin fitə tutulması "Real" azarkeşləri ilə ədavətinin nəticəsidir"

"Barcelona"nın sabiq kapitanı Xavi həmyerlisi Jerar Pike haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, veteran futbolçu bunları deyib:

"Pike komandasına sadiq futbolçulardan biridir. O, əsl çempion, döyüşçüdür. Pike, xüsusən milli komandanı titula aparır. Bəzən onun sözləri və zarafatları düzgün təqdim olunmur. İspaniya millisində azarkeşlərin onu fitə tutması Kataloniyanın müstəqilliyinə tərəfdar olmasından çox, "Real" azarkeşləri ilə ədavətinin nəticəsidir.