Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30 nəfər yaralanıb


Dünya 28 Dek 2017 12:18:04 269 0

Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30 nəfər yaralanıb

Partlayışın hədəfinin "Sada i Afghan" xəbər agentliyi olduğu bildirilib

Əfqanıstan paytaxtı Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

İnformasiyaya əsasən, partlayış dekabrın 28-də “Əfqanıstanın səsi” ("Sada i Afghan") xəbər agentlyinin yaxınlığında baş verib.

Şəhərin qərbində törədilən terror aktından sonra atışma səsləri eşidilib. Partlayışın hədəfinin "Sada i Afghan" xəbər agentliyi olduğu bildirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi "1TV" televiziyasına açıqlamasında deyib ki, partlayıcı qurğunu terrorçu-kamikadzenin işə saldığı güman olunur.