DİQQƏT! Sabah bu müəllimlər imtahan verəcəklər


Digərləri 28 Dek 2017 12:15:00 289 0

DİQQƏT! Sabah bu müəllimlər imtahan verəcəklər

Sabah peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Cari il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.