Türk futbolçu “Villarreal"a qayıtdı


İdman 28 Dek 2017 11:51:00 236 0

Türk futbolçu “Villarreal"a qayıtdı

Türk futbolçu Enes Ünal “Villarreal”ın düşərgəsinə qayıdıb.

Goal.az xəbər verir ki, Ünal icarə əsasında “Levante”də çıxış edirdi. Futbolçu dekabrın 29-da “Villarreal”da məşqə çıxacaq. Bu barədə məlumatı klubun saytı yayıb.

20 yaşlı Enes “Villarreal”a yayda transfer edilmişdi. “Sualtı qayıqçılar” onu heyətə cəlb etmək üçün “Manchester City”yə 15 milyon avro ödəmişdilər.