"Real" fransalı futbolçudan narazıdır


İdman 28 Dek 2017 12:12:00 273 0

"Real" fransalı futbolçudan narazıdır

"Real Madrid" klubu Kərim Benzemanın son vaxtlar göstərdiyi futboldan məmnun deyil. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik braziliyalı müdafiəçi Marselonun performansında müşahidə olunan enişdən də narazıdır. Klubun direktorları onun bəzi oyunlarda səviyyəsindən aşağı çıxış etdiyini düşünür. Benzemaya gəlincə, fransalı forvard bu mövsüm La Liqanın 12 oyununa cəmi 2 qol vurub. Madrid klubu "El Clasico"da 0:3 hesablı məğlubiyyətə baxmayaraq, baş məşqçi Zinəddin Zidana tam etimad göstərməkdə davam edəcək.